Modern.az

Qardaşı ölən bacı özünü dənizə atdı

Qardaşı ölən bacı özünü dənizə atdı

5 May 2017, 22:27

Bu gün Bakı bulvarında gənc qadın intihar məqsədi ilə özünü dənizə atıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq boğulmaq təhlükəsi ilə üzləşən vətəndaşı xilas ediblər.

Saat 11 radələrində Neftçilər prospekti, 133 ünvanının yaxınlığında - Dənizkənarı Milli Park ərazisindəki Saat Qülləsinin qarşısında özünü dənizə atan qadının 1998-ci il təvəllüdlü Şıxəliyeva Rəna Adil qızı olması müəyyən edilib. FHN-in xilasediciləri tərəfindən sudan çıxarılan qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, R.Şıxəliyevanın qardaşı bir neçə gün əvvəl vəfat edib. Bundan sonra o, dərin psixoloji sarsıntı keçirib. Bu səbəbdən də o, özünü bulvarda dənizə ataraq həyatına son qoymaq istəyib. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama