ABŞ-ın sabiq prezidenti Barak Obamanın mayın 9-na Milanda Qlobal Qida Sammitində ictimaiyyət qarşısında çıxışı gözlənilir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Milanda məşhur meydanda baş tutacaq çıxışa olan qiymətlər 850 avrodur.
Əslində isə bu qiymət VİP Platinum kateqoriyasına aiddir. Bu biletin sahibi həm Obamanın nitqini izləyə biləcək, həm də 8-11 may tarixlərində baş tutacaq yarmarka və digər tədbirlərdə iştirak edəcək.
Ən ucuz biletin qiyməti isə 50 avrodur. Lakin, bu qiymətə Obamanı canlı görmək mümkün olmayacaq.
Qeyd edək ki, bu Obamanın ABŞ sərhədlərindən kənar ilk mühazirəsi olacaq. Sabiq prezidentin 3 500 nəfərin qarşısında nitq söyləməsi planlaşdırılır. Obama biletlərdən gələcək gəliri vətəndaş fondunun maliyyələşdirilməsinə yönləndirəcəyini bildirib.
Modern.az