Mayın 5-də saat 23 radələrində Tovuz şəhəri ərazisində Zakir Qəhrəmanov idarə etdiyi "Porshe" markalı avtomobili yolun kənarındakı daş hasara vurub.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində Z.Qəhrəmanov və sərnişinləri Nurlan Hüseynov, Azad Fətullayev xəstəxanaya yerləşdiriliblər. Sürücü orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır.
Tovuz RPŞ tərəfindən araşdırma aparılır.