Modern.az

"Porsche" qəzasında ölən polis baş həkimin oğludur

"Porsche" qəzasında ölən polis baş həkimin oğludur

6 May 2017, 14:14


Mayın 5-də saat 23 radələrində Tovuz şəhəri ərazisində "Porsche" markalı avtomobilin iştirakı ilə baş verən qəza zamanı ölən şəxs məşhur həkimin oğludur. 

Modern.az saytı BakiPost.az-a istinadən xəbər verir ki, qəza nəticəsində ölən sürücü Zakir Qəhrəmanov "Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur. Bildirilir ki, onun 3 mərasimi mayın 8-də Heydər məscidində olacaq.

O d bildirilir ki, mərhum Zakir Qəhrəmanov Hacıqabul rayon polis şöbəsinin əməkdaşıymış..

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Zakir Qəhrəmanov idarə etdiyi "Porsche" markalı avtomobili yolun kənarındakı daş hasara vurub. Hadisə nəticəsində Z.Qəhrəmanov və sərnişinləri Nurlan Hüseynov, Azad Fətullayev xəstəxanaya yerləşdiriliblər.

Sürücü orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.
 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama