Modern.az

Haqsız tənqidlər və gözdən salmalar könlümü incidir

Haqsız tənqidlər və gözdən salmalar könlümü incidir

Aktual

6 May 2017, 14:31

Tahir Kərimli,
Milli Məclisin üzvü


Haqqımda subyektiv düşüncənin artmasına imkan verməmək üçün mətbuatda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müdafiəsi ilə bağlı çıxışlar etməməyə çalışmışam. Lakin, artıq vicdan duyğusunun basıqısı altında susmağım da mümkün deyil. Çünki Nazirliyə olan haqsız münasibət lal olan dilləri belə dilləndirməlidir. Çox həssas kontingentin xidmətində olan bu qrumdakı müsbət dəyişiklikləri görməməzlikdən gəlib, haqsız tənqidlər və gözdən salmalar könlümü incidir. Heç kim bu qurumda neqativ halların heç olmamasını iddia edə bilməz. Lakin sistemli korrupsiyanın kökünün kəsilməsinin, şəffaflığının dəfələrlə artırılmasını görməmək mümkün deyildir.

Postsovet dövründə Azərbaycan yeganə dövlətdir ki, burada elektron əmək müqavilələri tətbiq olunur. O cümlədən, əmək müqavilələrini elektron qeydiyyat sistemi, ünvanlı dövlət sosial yardımı üzrə pensiyaların aftomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı üzrə MDB-də ilk mərkəz Azərbaycanda fəaliyyət göstərir. Nazirliyə Azərbaycan, rus, ingilis, türk dillərini elmi səviyyədə bilən, daxili dinamik, novator, kreativ düşüncəli, eyni zamanda təvəzökar bir alim başçılıq edir. Təkrar edirəm, korrupsiya bu Nazirlikdə bir sistem kimi əvvəl olmuşdur, indi isə respublikamızda orta göstəricdən dəfələrlə çox şəffaflıq və elektron idarəetmə tətbiq olunur.

Respublika üzrə elektron idarəetmənin 52 faizi tək bir nazirliyin payına düşür. Vətəndaşların mənfi subyektiv istəyindən maksimum kənarlaşma tətbiq olunur. Ən həssas 1.3 miliyon pensiyaçı, yardım alan şəxslərlə işləmək və onların istəyini tam ödəmək çox çətindir. Bəzən beynəlxalq praktikada tətbiq olunan və büdcə yükünü azaldan qanunvericilikdəki yeniliklər asanlıqla həzm edilmir. Biz bunu pensiya yaşının artırılması ilə bağlı proseslərdə aydın gördük.

İnsanları ələbaxımlıq psixologiyasından azad etmək üçün davamlı səylər davam etdirilməlidir. Daimi əhalini təmas və təsiri altında olan bu hökumət qrumunda tənqid atəşi altında olmamaq mümkün deyil. İşləməyən qrumlardan fərqli olaraq bu nazirlik təşəbbüskar fəaliyyəti ilə dövlət büdcəsindən ayrılan vəsaitin kəskin azaldığı bir dönəmdə keçmişdən qalma imicinin yaxşılaşdırılması üçün çabalar göstərir. Lakin, onun iradəsindən asılı olmayaraq bəzi halların neqativ yükü bəzən haqsız yerə bu nazirliyin üzərində qalır.
Məsələn: Respublika Prezidentinin şəhid ailələri və əlil olmuş şəxslərin sosial-məişət şəraitin yaxşılaşdırıması üçün mənzil tikintisi və torpaq sahələri ayrılması və fərdi evlərin tikintisi üçün nazirlər komitəsinin vəsait ayrıması haqqında 20.06.2014-ci il tarixli Sərəncamı (şəxsən bunu mən Milli Məclisin plenar iclaslarında iki dəfə səsləndirmişəm) davamlı olaraq yerinə yetirilmir, ağrısını bu nazirlik çəkir.

Etiraf olunmalıdır ki, hazırda ASAN xidmətdən sonra ən operativ şəffaf və elektronlaşmış idarəetmə şüphəsiz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial yardımların verilməsi ilə bağlı yaradılmış elektron sistemdir. Doğrudur əli kirə bulaşmış işçilər bəzən bu sistemədə xələl gətirirlər, lakin bu heç də sistemli deyildir. Yəni iddia olunduğu kimi, “elektron korrupsiya” sistemi deyildir. Lakin bundan da yan keçməyi bacaran məmurlar ola bilər. Ən ciddi əlehdarlar da etiraf edirlər ki, məhz Səlim Müslümovun snergetik fəaliyyəti nəticəsində ən çox korrupsiyalaşmış sistem olmuş rəhbərlik etdiyi nazirlikdə köklü dönüş yarada bilib.

Təəssüf ki, hər zaman qanundan yan qaçan məmurlar tapılır və görülən işə xələl gətitirlər ki, bunlar da qanun qarşısında cavab verməlidirlər. Mən bu nazirlikdə rüşvət halının ola biləcəyini inkar etmirəm, ancaq təşkil olunmuş korrupsiya sisteminə son verilib. Hətta cənab Nazir elə televiziya çıxışında bunu bəyan etmişdir. Şübhə yoxdur ki, ünvanlı sosial yardım verilməsində qanundan yan keçən işbazlar mövcuddur. Onlar müraciət edənlərin məlumat bankından istifadə edərək, buna nail olurlar. Lakin, harada, hansı ölkədə belə qanunsuzluq törədənlər yoxdur ki? Mən inanıram ki, bu təşkil olunmuş korrupsiya sistemi deyil, bütün dövlətlərdə, cəmiyyətlərdə mövcud olan, hələ qarşısı tam alına bilinməyən, lakin buna qarşı mübarizəni daim aktual edən qanunu pozan tamah sistemidir. Dövlət və cəmiyyət bütün səviyyədə səfərbər olaraq təmiz fəaliyyəti təmin etməlidir. Nəinki xalqla ən ünsiyyətcil nazirlikdə - Əmək və ƏSMN yaradılan innovasiyalar inkişaf etdirilməli, həm də digər hökumət qurumlarında da korrupsiyaya qarşı mübarizə yolunda bu nazirlik tək qoyulmamalı, bütün hökumət qrumlarında sistemli və əlbir mübarizə aparılmalıdır. Gəlin həyatımızı verilən doğru nizamla inkişaf etdirək, bu yolda olan qurumları və şəxsləri ləkələməyək, əksinə nümunə göstərərək təşviq edək!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama