Modern.az

Zakir Qaralov prokurorları ağac əkməyə apardı - FOTO

Zakir Qaralov prokurorları ağac əkməyə apardı - FOTO

Aktual

6 May 2017, 15:49

Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirib.

 

Bu barədə Modern.az Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda deyilir ki, son illər respublikamızda yaşıllıqların artırılması, yeni park və xiyabanların salınmasına diqqət artırılıb: "Yaradılan parklar və yaşıllıqlar sakinlərdə xoş əhval-ruhiyyə yaradır. 

 

Əkilən agaclar insanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, paytaxtın ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Əsas məqsəd paytaxtın ekoloji cəhətdən sağlamlaşdırılmasına töhfə verməkdir.

 

Ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin Baş Prokurorluqda yaranmış ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları Heydər Əliyevin anadan olmasının 94 illilyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirib. 

 

Tədbir çərçivəsində Suraxanı rayonu ərazisində Hövsan qəsəbəsinin yaxınlıgında 2 hektar ərazidə 2 mindən artıq zeytun, Eldar şamı ağacları əkilib. 

 

Ağac əkmə mərasimində baş prokuror Zakir Qaralovda iştirak edib. 



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama