Modern.az

İslam  Oyunlarının açılış mərasimi insanların ürəyini fəth edib - RƏSMİ

İslam  Oyunlarının açılış mərasimi insanların ürəyini fəth edib - RƏSMİ

13 May 2017, 10:31

Bu gün ilk dəfə olaraq, IV İslam Həmrəyliyi Oyunlarında 6 idman növü üzrə medal təqdim olunacaq.

 

Modern.az xəbər verir ki, bunu Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd İslam Oyunları ilə əlaqədar bu gün keçirilən mətbuat konfansında deyib.

 

M.Loynd bildirib ki, oyunların açılış mərasimi nəinki Azərbaycandakı insanların, eləcə də bütün dünyadakı insanların ürəyini fəth edib: "Yarışları təkcə 35 min nəfər izləməyib. Oyunlar 55-dən çox ölkədə yayımlanıb. Bu da imkan verib ki, yarışları daha çox insan izləsin".

 

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin İdman Departamentinin direktoru Mark Haneybun isə deyib ki, bu gün finallar üzrə 30 medal veriləcək.

 

O deyib ki, yarışda ən çox komanda ilə (400 idmançı) Azərbaycan təmsil olunub.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...