Modern.az

Qadın həndbolçularımız FİNALDA

Qadın həndbolçularımız FİNALDA

13 May 2017, 10:35

IV İslam Həmrəyliyi Oyunlarında həndbol üzrə yarımfinal mərhələsinə start verilib.

 

Modern.az-ın məlumatına görə, ilk oyunda Azərbaycan və Özbəkistanın qadınlardan ibarət yığmaları qarşılaşıb.

 

"Sərhədçi" İdman Olimpiya Mərkəzindəki görüş həndbolçularımızın qələbəsi ilə başa çatıb. Qadınlardan ibarət yığma komandamız 42:25 hesabı ilə rəqibini məğlub edib.

 

Bununla da finala yüksələn Azərbaycan millisi ən azı gümüş medalı təmin edib.

 

Qeyd edək ki, saat 13:30-da keçiriləcək Türkiyə - Kamerun matçının qalibi yığmamızın rəqibi olacaq.

 

Final görüşü mayın 14-də saat 18:00-da keçiriləcək.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...