Modern.az

3 ölkə niyə İslam Oyunlarına qatılmadı? – SƏBƏB

3 ölkə niyə İslam Oyunlarına qatılmadı? – SƏBƏB

13 May 2017, 10:51

Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarında Sudanın iştirak etməməsinin səbəbi hələ ki aydın deyil.

 

Modern.az xəbər verir ki, bunu Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd bu gün oyunlarla bağlı keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Liviya yarışlarda maliyyə çətinlikləri səbəbindən iştirak edə bilməyib.

 

M.Loynd bildirib ki, Küveyt tərəfindən yarışlarda iştirak üçün müəyyən hazırlıq işləri görülmüşdü:

 

"Küveytlilər müstəqil idmançı kimi yarışda iştirak edə bilərdilər. Lakin təəssüf edirik ki, bu üç ölkə yarışlarda iştirak edə bilmədi”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...