Modern.az

Diplomatik pasport veriləcək şəxslərin siyahısı artırılır – SİYAHI

Diplomatik pasport veriləcək şəxslərin siyahısı artırılır – SİYAHI

13 May 2017, 11:03

 

“Pasportlar haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir.

 

Modern.az-ın məlumatına görə, qanunun 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində diplomatik pasport verilən şəxslərin siyahısı nəzərdə tutulub.

 

Belə ki, Azərbaycan Prezidentinin Administrasiyasının, Milli Məclisin,  Nazirlər Kabinetinin və Konstitusiya Məhkəməsinin aparatlarının və sair orqanların rəhbər işçilərinə (şöbə müdirləri də daxil olmaqla yuxarı vəzifəlilər) diplomatik pasport verilməsi nəzərdə tutulub.

 

Qanunda Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçiləri həmin siyahıda olmadığı üçün, onlara diplomatik pasportun verilməsi nəzərdə tutulmayıb.

 

Dəyişiklik layihəsində isə , Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport verilməsi üçün onların həmin siyahıya əlavə olunması təklif edilir.

 

Qanuna dəyişiklik Milli Məclisin mayın 16-da keçiriləcək iclasında müzakirə ediləcək.

 

Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...