Modern.az

Azərbaycanda bir gündə 46 nəfər tutuldu

Azərbaycanda bir gündə 46 nəfər tutuldu

13 May 2017, 11:34

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 83 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər"lə açılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər tutulub.

 

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...