Mayın 13-də Bakı Atıcılıq Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında 10 metr məsafədən pnevmatik tüfənglə atəşaçma üzrə təsnifat mərhələsi başa çatıb.
Modern.az xəbər verir ki, 23 idmançının mübarizə apardığı yarışın final mərhələsinə 8 ölkənin təmsilçiləri vəsiqə qazanıb.
Azərbaycanı təmsil edən Əli Məcidli təsnifat mərhələsində mübarizəni dayandırıb.
Modern.az