Modern.az

Türkiyədə uşağa işgəncə verən ukraynalı dayə tutuldu

Türkiyədə uşağa işgəncə verən ukraynalı dayə tutuldu

13 May 2017, 13:10

İstanbulda iş adamının uşağına işgəncə edən  ukraynalı dayə həbs edilib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 54 yaşlı Nadia Şapovalın davranışları evə yerləşdirilən gizli kameralar vasitəsilə müəyyən edilib. O, Muğlanın Marmaris bölgəsində tutulub.

 

İstanbulda yaşayan 37 yaşlı  iş adamı S.E və həyat yoldaşı xarici əsilli M.T.E uşaqlarına baxması üçün 6 ay əvvəl Ukrayna əsilli  dayə işə götürüblər.  Bir müddət sonra ana M.T.E  uşağın vücudunun müxtəlif yerlərinin göyərdiyini görüb və həyat yoldaşına deyib.  Uşağın atası dayənin  hərəkətlərindən şübhələnərək evin müxtəlif otaqlarına gizli kamera yerləşdirib.

Ana M.T.E dayənin  hərəkətlərindən narahat olduğu üçün onu işdən çıxardıqdan sonra  gizli kamera  görüntülərini izləyib və işgəncənin şahidi olub.

 

Qeyd edək ki, cütlük keçən çərşənbə günü  polis mərkəzinə gedib. 

 

Buna baxmayaraq iş  adamı S.E dayənin izinə düşərək onu tapıb və polisə bildirib.

 

Günay RƏSULQIZI

 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...