Modern.az

Bakı-2017: ilk medalçılar məlum oldu

Bakı-2017: ilk medalçılar məlum oldu

13 May 2017, 13:15

Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişilər arasında tüfəngdən atma üzrə keçirilən yarışlarda ilk medalçılar məlum olub.

 

Modern.az-ın məlumatına görə, 10 metr məsafədə atıcılıqda Türkiyə idmançısı Ömər Aqyun 249,8 bal toplamaqla birinci yeri qazanıb.

 

Gümüş medalı 245,5 balla Banqladeş idmançısı Munna Mdrabbihsan, bürünc medalı isə özbək idmançısı 224,1 balla qazanıblar.

 

Azərbaycan idmançısı Əli Məcidli təsnifat mərhələsini keçə bilməyib.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...