Modern.az

Azay Quliyev Berlinə yollanır - anti-semit nifrətlə bağlı kitabçanın təqdimatına

Azay Quliyev Berlinə yollanır - anti-semit nifrətlə bağlı kitabçanın təqdimatına

13 May 2017, 16:00

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının-nın vitse-prezidenti Azay Quliyev mayın 14-də Almaniyanın paytaxtı Berlinə səfər edəcək.

 

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, deputat ATƏT-in Demokratik təsisatlar və insan haqları Ofisi (DTİHO) tərəfindən hazırlanan anti--semit nifrətilə bağlı cinayətlər və yəhudi icmalarının təhlükəsizliyinin təmini haqqında yeni praktiki kitabçanın təqdimat mərasimində iştirak edəcək.

 

Deputat, eyni zamanda, Almaniya Bundestaqında “Parlamentarilər anti-semitizmlə mübarizəni necə apara bilərlər” mövzusunda keçiriləcək müzakirələrə qatılacaq.

 

Səfər mayın 16-da başa çatacaq.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...