Modern.az

Deputat ermənilərin Kəlbəcərdəki təxribatı HAQDA: “Kimə müraciət edək?”

Deputat ermənilərin Kəlbəcərdəki təxribatı HAQDA: “Kimə müraciət edək?”

13 May 2017, 16:12

Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu Ermənistan rəhbərliyi tərəfindən aktiv şəkildə məskunlaşdırılan ərazilərdəndir.

Ermənistan Kəlbəcərdə məktəb, xəstəxana, evlərlə yanaşı, su elektrik stansiyası kimi obyektlər qurur. Hətta Ermənistan KİV-i  Kəlbəcər rayonunda Tərtər çayı üzərində SES tikintisi ilə bağlı reportaj da hazırlayıb.

Bəs bununla bağlı Azərbaycan tərəfi hansı tədbirlər görə bilər?

Xankəndinin deputatı Flora Qasımova Modern.az-a açıqlamasında bildirib ki, yeganə çıxış yolu hərbi yoldur.

Onun sözlərinə görə Kəlbəcərdə SES tikintisinin qarşısını almaq üçün beynəlxalq təşkilatlara müraciət etməyə ehtiyac yoxdur:

 

“Dünyada  Birləşmiş Millətlət Təşkilatından (BMT) daha  üstün və müraciət edə biləcəyimiz  təşkilat yoxdur. Bildiyiniz kimi, təşkilatın Dağlıq Qarabağla bağlı  dörd qətnaməsi  olsa da, kağız üzərində qalıb. Avropa Şurası Parlament Assambleyasının 1416 nömrəli qətnaməsi  var. Hansı ki, ermənilərin işğalçılıq fəaliyyətini təsdiq edir və buna son qoyulmasını tələb edir.  O cümlədən neçə illərdir, ATƏT-in Minsk Qrupu gəlib gedir. Ancaq xeyri varmı?  Təbii ki, yoxdur. Bunların məqsədi  ancaq müharibənin qarşısını almaqdır, başqa  heç nə. Bu da ermənilərə sərf edir.

 

Bu sakitliyin fonunda ermənilər niyə Kəlbəcərdə su elektrik stansiyası tikməsinlər?  Azərbaycanın ən gözəl yerlərini tutublar.  Niyə də etməsinlər?..

 

Bunun qarşısını alan yoxdur. Həmin təşkilatlar ancaq sülhdən bəhs edir. Cənab prezident İlham Əliyev iştirak etdiyi tədbirlərdə, beynəlxalq tribunalarda ermənilərin işğalçılıq siyasətini dəfələrlə vurğulayıb”.

 

Deputat düşünür ki, sülh danışıqları yalnız ermənilərin güclənməsi ilə nəticələnə bilər:

 

“Sülh yolu ilə danışıq aparmaq o deməkdir ki,  ermənilər Qarabağda güclənsin və işğalçılıq fəaliyyətlərini davam etdirsin. Biz kimə müraciət edə bilərik? Bizim bir yolumuz var. Ordumuzun gücünə, hərbi yolla işğaçıları ordan çıxaraq və bu kimi proseslərin qarşısını alaq. Başqa cür mümkün deyil”.

 

Günay RƏSULQIZI

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...