Modern.az

Azərbaycan idman gimnastikasında qızıl medal qazandı - FOTOLAR

Azərbaycan idman gimnastikasında qızıl medal qazandı - FOTOLAR

14 May 2017, 10:42

Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkovadan ibarət idman gimnastikası üzrə Azərbaycan komandası İslamiadanın idman gimnastikası yarışlarında qızıl medal qazanıb.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, Türkiyə gümüş, İndoneziya isə bürünc medala sahib olub.

 

Bu, Azərbaycanın İslamiada çərçivəsində keçirilən gimnastika yarışlarında ikinci qızıl medalıdır. Bundan əvvəl Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət Azərbaycanın bədii gimnastika üzrə komandası da qızıl medal qazanmışdı.

 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...