Modern.az

Atletlərimiz cüdo yarışlarının ikinci gününə qələbə ilə başlayıblar

Atletlərimiz cüdo yarışlarının ikinci gününə qələbə ilə başlayıblar

14 May 2017, 11:41

Azərbaycan cüdoçuları "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının ikinci gününə uğurla start veriblər.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, mübarizəyə yarımfinal mərhələsindən qoşulan qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) Toqo idmançısı Noeline Essohanam Koronu ipponla məğlub edib.

 

Sonuncu Avropa çempionu Elxan Məmmədovun (100 kq) rəqibi, Səudiyyə Ərəbistanı təmsilçisi Sultan Mania tatamiyə çıxmadığı üçün cüdoçumuza texniki qələbə verilib. Beləliklə, Elxan Məmmədov yarımfinala vəsiqə qazanıb.

 

Digər cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) də Oyunlara qələbə ilə başlayıb. Onun rəqibi Mihail Marçitan (Birləşmiş Ərəb Əmirlikləri) olub. Rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradan atletimiz yarımfinala yüksəlib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...