Ermənistan Avroviziya mahnı müsabiqəsindən imtina edə bilər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan deyib.
Onun sözlərinə görə səsvermə sistemindəki dəyişiklik Ermənistanı təmsil edən müğənni Artsvikin 18-ci yer tutmasına səbəb olub.
“Bizim gələn il yarışlarda iştirakımız böyük sual altındadır” – deyə o deyib.
Bundan öncə, San-Marino, Böyük Britaniya və İsrail də yarışlardan imtina etməyi düşündüklərini açıqlamışdı.
Vüqar İSMAYILOV