Modern.az

Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsinin yekun konserti keçiriləcək

Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsinin yekun konserti keçiriləcək

15 May 2017, 15:27

15 may 2017-ci il tarixində saat 16.00-da Azərbaycan Dövlət Musiqili Teatrında Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsinin yekun konserti keçiriləcəkdir.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci ilin 6-26 aprel tarixində uşaq xor kollektivlərinin ənənəvi respublika müsabiqəsi keçirilib. Regionlar üzrə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki şəhərləri və Ağcabədi, Ağdaş, Bərdə rayonlarında keçirilən müsabiqədə 5 mindən çox şagird çıxış edib.

 

Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, respublikanın xalq artisti, professor Gülbacı İmanovanın sədrlik etdiyi, tanınmış xormeyster və müəllimlərdən ibarət münsiflər heyəti 150 uşaq xor kollektivinin çıxışını qiymətləndirilib.

 

Münsiflər heyətinin qərarına əsasən Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor kollektivi Qran-Pri mükafatına, Bakı şəhər S.Ələsgərov adına 1 nömrəli, C. Hacıyev adına 3, 4 nömrəli, T.Quliyev adına 12, Ş.Ələkbərova adına 20 və 30, Sumqayıt şəhər Bülbül adına 2, Quba şəhər və Göygöl şəhər Aşıq Şəmşir adına uşaq musiqi məktəblərinin xor kollektivləri müsabiqənin müxtəlif dərəcəli diplomlarına layiq görülüb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...