Modern.az

MTN-in sabiq şöbə rəisinə 15 il həbs cəzası istənilib

MTN-in sabiq şöbə rəisinə 15 il həbs cəzası istənilib

15 May 2017, 20:41

Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Modern.az xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə məhkəmə istintaqı yekunlaşıb. Prosesdə dövlət ittihamçısı çıxış edərək V. Ələkbərovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin Vüsal Ələkbərovun hərbi rütbədən məhrum edilməsi barədə qərar qəbul edilməsini istəyib.

İş üzrə növbəti məhkəmə iclası mayın 22-də davam edəcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...