Modern.az

Azərbaycan medalların sayını 68-ə çatdırdı - Cədvəl

Azərbaycan medalların sayını 68-ə çatdırdı - Cədvəl

15 May 2017, 20:59

Azərbaycan milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında  bu gün daha 18 medal qazanıb. Modern.az xəbər verir ki, yarışların dördüncü gününü idmançılarımız 9 qızıl, 6 gümüş və 3 bürünc mükafatla başa vurub. Bu medallardan 10-u idman gimnastikasında qazanılıb. Cüdo, atıcılıq, üzgüçülük və atletikada də təmsilçilərimiz uğur əldə etməyi bacarıblar.

Bununla da yığmamızın İslamiadadakı ümumi qazancı 68 medala çatıb. 33 qızıl, 23 gümüş və 12 bürüncü olan Azərbaycan millisi iki gün lideri olduğu komanda hesabında 2-ci pilləyə enib. Zirvəyə isə qonşu Türkiyə yüksəlib.

Ümumilikdə isə indiyədək 100 medal dəsti sahibini tapıb. 24 ölkə mükafat, 14-ü çempionluq sevinci yaşayıb.

Modern.az "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında  ölkələrin nəticələri ilə bağlı cədvəli təqdim edir.

 

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Türkiyə

35

31

26

92

2

Azərbaycan

33

23

12

68

3

Özbəkistan

6

6

18

30

4

İndoneziya

5

13

14

32

5

İran

5

8

11

24

6

Əlcəzair

4

9

11

24

7

Misir

3

2

5

10

8

İordaniya

3

0

2

5

9

Türkmənistan

1

2

2

5

10

Qətər

1

1

4

6

11

Banqladeş

1

1

0

2

12-13

Qırğızıstan

1

0

3

4

 

Tunis

1

0

3

4

14

Səudiyyə Ərəbistanı

1

0

1

2

15

Pakistan

0

2

2

4

16

Suriya

0

1

2

3

17

Oman

0

1

1

2

18

Qazaxıstan

0

0

2

2

19-24

Fil Dişi Sahili

0

0

1

1

 

Kamerun

0

0

1

1

 

İraq

0

0

1

1

 

Livan

0

0

1

1

 

Mərakeş

0

0

1

1

 

Birləşmiş Ərəb Əmirliyi

0

0

1

1

 

Cəmi

100

100

125

325

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...