Güclü yağış və dolu Lerikdə fəsadlar törədib. Modern.az APA-ya istinadən xəbər verir ki, dolu əsasən Lerikin yüksək dağlıq ərazilərində müşahidə olunub. Qısa müddətli yağan dolunun diametri 2-3 sm olduğu bildirilir.
Bununla yanaşı Lerikin mərkəzinə də dolu düşüb. Nəticədə kənd və rayon ətrafı ərazilərdə meyvə-tərəvəz ağaclarına ciddi ziyan dəyib. Güclü ildırım çaxması səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Modern.az