Modern.az

Həbsxanadakı oğluna narkotik aparan ana saxlanıldı

Həbsxanadakı oğluna narkotik aparan ana saxlanıldı

15 May 2017, 21:57

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və 13 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb. Modern.az xəbər verir ki, xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.5; 228.4 və 66.3-cü maddələrinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mustafayev Nüsrət ilə qısamüddətli görüşə gəlmiş anası Şirvan şəhər sakini Mustafayeva Tamellanın üstünə və əşyalarına baxış keçirilən zaman gizlətdiyi sellofan bükülüdə çəkisi 1.854 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

 

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Qaradağ Rayon Polis İdarəsinə göndərilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...