Modern.az

Ziya Bünyadov prospektində böyük tıxac yaranıb

Ziya Bünyadov prospektində böyük tıxac yaranıb

16 May 2017, 00:36

Bakının Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisindən keçən hissəsində böyük tıxac yaranıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisəyə "Kamaz" markalı yük avtomobilinin yük hissəsində olan taxtaların yola dağılması və sürücünün maşını dərhal saxlamaq istəyərkən avtomobilin bort hissəsinin də aşması səbəb olub.

Nəticədə yolun “Qələbə” və “20 Yanvar” dairələrinə gedən hissəsi üzərindəki tunellərdə böyük tıxac yaranıb. Əraziyə DYP əməkdaşları cəlb olunduqdan sonra 20 Yanvar dairəsi istiqamətində olan yol açılıb. Lakin Qələbə dairəsinə gedən yolda hələ də tıxac qalmaqdadır.

Sürücü isə hadisə yerindən qaçıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...