Modern.az

Hərbi ekspert: “Erməni təxribatının davamı gələcək”

Hərbi ekspert: “Erməni təxribatının davamı gələcək”

16 May 2017, 13:45

Son günlər Ermənistan tərəfi  cəbhə xəttində vəziyyəti  gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini  genişləndirib. Mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistana məxsus “OSA” zenit-raket kompleksinin hərbi qulluqçuları hava məkanını nəzarətə götürməyə cəhd göstərib. Azərbaycan Ordusu erməni təxribatını zərərsizləşdirib.

“Ermənistan tərəfi “OSA” zenit-raketinin nə olduğunu bilmir”

Hərbi ekspert Üzeyir Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, Ermənistan tərəfinin təxribatları bundan sonra da davam edəcək:

“Doğrusu, ermənilərdən normal addım gözləməyə dəyməz.  Onlar  ağıllarını itirmiş  millətdir və təəssüflər olsun ki, tale bizi  bədnam qonşu ilə üz-üzə qoyub.

Son günlər isə ermənilər cəbhədə təxribatların sayını artırıblar. Amma Azərbaycan Müdafiə Nazirliyinin erməni tərəfin hərəkətlərinə dözmək fikri yoxdur.  Müdafiə nazirimiz  ön xəttdə olan zaman şəxsi heyətə birmənalı olaraq göstəriş vermişdi ki,  Azərbaycan silahlı qüvvələrinin  fəaliyyətinə mane ola biləcək istənilən təxribat hərəkəti dərhal yerindəcə cavablandırılmalıdır.

 Azərbaycan ön xəttdə pilotsuz uçan aparatlardan, o cümlədən, gündəlik fəaliyyətində, təlimlər zamanı və ya döyüş tapşırıqları ilə bağlı avadanlıqlardan istifadə edir. “OSA” zenit-raket kompleksi hərbi qulluqçularının hava məkanını nəzarətə götürməyə cəhdi təbii ki, sıradan çıxarılmalı idi. Buna görə də dərhal şəxsi heyətlə bir yerdə  kompleksin  məhv olunması ilə bağlı göstəriş verildi və əsgərlərimizin ustalığı sayəsində  həmin avadanlıq məhv edildi.

Erməni tərəfi də bilir ki,  altı təkərli  avtomobil gövdəsində yığılmış  özü yeriyən  “OSA” zenit raket kompleksi  beş nəfərlik  şəxsi heyət tərəfindən idarə olunub.  Sürücü, operator, tuşlayıcı və digərləri. Kompleksdəki  radar, kompüter texnikası insan tərəfindən idarə olunur. Belə olan halda düşmən tərəfinin itkisi qaçınılmaz idi. Lakin erməni həyasızlığı görün hansı dərəcədədir ki, itirdikləri texnikaya hərbi obyekt deyirlər. Əgər bunlar hərbi obyektlə zenit-raket kompleks  arasındakı fərqi müəyyənləşdirməkdə çətinlik çəkirlərsə, vay belə ordunun halına”.

“İndi Ermənistandan istənilən ağısızlığı gözləmək olar”

““OSA” zenit-kompleksi SSRİ vaxtından istifadəyə verilib. Eyni zamanda bahalı texnikadır. Ermənilərin təxribatının davamı gələcək ,amma narahat olmağa dəyməz. Çünki Azərbaycan silahlı qüvvələri tam hazır vəziyyətdədir.  İndi ermənilərdən istənilən ağısızlığı gözləmək olar.  Lakin çox istəyirəm ki, onlar hər hansı hərəkətə cəhd etsinlər. Çünki Azərbaycan silahlı qüvvələri  ötən ilin aprelində ermənilərə böyük güzəştlər  etdi. Haqqın yolunu tapacaqlarını gözlədik. Bu, olmadı.  Nəticə olaraq təxribatların qarşısı alınmalı və məsələ birdəfəlik həllini tapmalıdır”.


Günay RƏSULQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...