“Ümumrusiya Azərbaycanlıları Konqresi məhkəmənin birinci hissəsində ləğv olunub. Amma biz bu proseslə razı deyilik. Ona görə də apellyasiya şikayəti vermişik”. Bunu Modern.az-a açıqlamasında ÜAK-ın icraçı katibi İlqar Hacıyev diaspor təşkilatının ləğv olunması məsələsini şərh edərkən deyib.
O, bildirib ki, hər şeyə rəğmən ümidlidirlər.
“Biz diaspor təşkilatı olaraq uzun müddətdir ki, Rusiyada işimizi həyata keçiririk. Qəfildən diaspor təşkilatının ləğv olunması məsələsinin ortaya atılması doğru addım deyil. Ümid edirik ki, yüksək məhkəmə instansiyaları müraciətlərimizə diqqətlə yanaşacaq və bu məsələ həll olunacaq”.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.
Namidə BİNGÖL