Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər həlak olub.
Modern.az-ın məlumatına, daha 8 nəfər xəsarət alıb.
Araşdırmalar nəticəsində məlum olub ki, partlayış su ötürücüsündə təmir aparılan zamanı qaz borusunun zədələnməsi səbəbindən baş verib.
Yaşayış binasından 40-a yaxın sakin təxliyə edilib.
Modern.az