Modern.az

“Azərbaycanın hava məkanı etibarlı şəkildə fasiləsiz qorunur”- Müdafiə Nazirliyi  

“Azərbaycanın hava məkanı etibarlı şəkildə fasiləsiz qorunur”- Müdafiə Nazirliyi   

Aktual

16 May 2017, 20:01

“Azərbaycanın hava məkanı, o cümlədən Müdafiə Nazirliyinin rəhbərliyi etibarlı şəkildə fasiləsiz qorunur və bu məsələlərin daim nəzarətdə saxlanılması təmin edilir”.  Modern.az xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin helikopterinin Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən vurula biləcəyi barədə kütləvi informasiya vasitələrində yayılan xəbərə cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda daha sonra bildirilir ki, Ermənistanın terrorizmə meylliliyi və onu hər zaman dövlət səviyyəsində dəstəkləməsi təkcə Azərbaycana deyil, bütün dünyaya məlumdur: "Qoşunlarımızın silahlanmasında hava məkanımıza və aviasiya vasitələrinə təhdid təşkil edən istənilən obyekti əvvəlcədən aşkar etmək, izləmək və məhv etmək üçün yüksək dəqiqliyə malik silah və texnika mövcuddur”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım