“PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə ABŞ Türkiyəni dəstəkləyir”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Donald Trump türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Vaşinqtonda keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, rəsmi Ankara Vaşinqtonla əlaqələri daha da genişləndirmək niyyətindədir.
ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağıran Türkiyə prezidenti bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
Qeyd edək ki, görüş zamanı liderlər Türkiyədə baş verən terror hücumları, Suriya məsələsini müzakirə edib, tərəflər PKK və İŞİD-lə birgə mübarizəni davam etdirəcəklərini qeyd ediblər.
20:59
ABŞ Prezidenti Ağ Evdə türkiyəli həmkarı ilə görüşüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp Rəcəb Tayyib Ərdoğanı görüşün keçiriləcəyi salonun önündə qarşılayıb. Görüşdən öncə tərəflər mətbuata açıqlamalar verib.
ABŞ prezidenti 20 dəqiqə davam edəcək görüşdə müzakirə aparılacaq məsələlərlə bağlı məlumat verib.
Modern.az