IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Mərdəkan qəsəbəsində yeləşən “Dalğa Arena”da keçiriləcək futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin, texniki personalın və digər şəxslərin rahat daşınması Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ekspress xətt avtobusları ilə həyata keçiriləcək.
Bu barədə Modern.az-a BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev
Bunun üçün mayın 18-də Bakı Nəqliyyat Agentliyinin ayırdığı 15 nəqliyyat vasitəsi müntəzəm olaraq metronun “Koroğlu” stansiyasının qarşısından “Dalğa Arena”ya eləcə də əks istiqamətdə hərəkət edəcək.
Həmçinin yarışları izləmək üçün çox sayda tamaşaçı axınını nəzərə alaraq, metronun “Neftçilər” stansiyasından “Dalğa Arena” (Dəniz yolu) istiqamətində hərəkət edən 141 nömrəli marşrut xəttindəki avtobusların sayı tamaşaçı, sərnişin axınına uyğun olaraq artırılacaq.
Gülşən RAUFQIZI