Modern.az

ADU-da İctimai Nəzarət Şurasının üzvləri tələbələrlə görüşüb

ADU-da İctimai Nəzarət Şurasının üzvləri tələbələrlə görüşüb

Aktual

17 May 2017, 10:45

Azərbaycan Dillər Universitetinin (ADU) İctimai Nəzarət Şurasının üzvləribütün fakültələr üzrə I-III kurslarda təhsil alan tələbələrlə görüşlərə başlayıb. Görüşlərdə imtahan hazırlığı,Bolonya sisteminin tətbiqi, tələbələrin sosial həyatı, təhsil islahatları, IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülər, universitetdaxili nizam-intizam və s. mövzular ətrafında müzakirələr aparılıb.

 

Modern.az xəbər verir ki, interaktiv şəkildə keçirilən görüşlərdə tələbələri maraqlandıran suallar cavablandırılıb, ətraflı izahat verilib.

 

Qeyd edək ki, ADU-nun Elmi şurasının 28 dekabr 2016-cı il tarixli qərarına əsasən yaradılan 14 nəfərlikİctimai Nəzarət Şurasının sədri“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, sədr müavini təhsil eksperti Nadir İsrafilov, katibi isə modern.az saytının rəhbəri Elşad Eyvazlıdır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım