Modern.az

Deputatlar məzunu olduqları məktəbə getdilər - FOTOLAR

Deputatlar məzunu olduqları məktəbə getdilər - FOTOLAR

Aktual

17 May 2017, 11:07

Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli, yazıçı publisist, deputat Hüseynbala Mirələmovla birlikdə vaxtilə bir yerdə oxuyub tərbiyə aldıqları Lənkəran şəhər 2 saylı orta məktəbində müəllim və rayon təhsil ocaqlarının rəhbərləri ilə görüş keçiriblər.

Modern.az xəbər ki, Heydər Əliyevin “Neft kapitalının insan kapitalına çevrilməsi” mövzusunda baş tutan tədbirdə maraqlı məruzələr, polemik çıxışlar olub.

Görüşün başlamasından əvvəl təşrif buyuran hər iki deputat vaxtdan səmərəli istifadə edərək prezident İlham Əliyevin tapşırığı və bilavasitə onların dəstəyi ilə yeni təmirdən çıxmış müasir tipli məktəbin sinif otaqlarını gəzib, onları müşayət edən müəllimlərlə keçmiş xatirələrini bölüşüblər.

Məktəbin direktoru Siyasət Rəhimov bu təhsil ocağının məzunları olmuş hər iki deputata  tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

Məktəbin müəllimlərindən Lənkəranın ilk alim xanımı Tükəzban Cahangirova və Lənkəran Dövlət Universitetinin dissertantı Ülkər Hüseynova çıxış edərək hər iki qonağın həyat yolundan söz açıb. 
Məktəbin şagirdləri şeirlər söyləyib, onların sözlərinə yazılmış mahnılar səsləndiriblər.

Tədbirin yekununda rayon icra hakimiyyəti başçısının I müavini İlqar Dadaşov çıxış edib.

Daha sonra millət vəkilləri onlara verilən sualları cavablandırıblar.


Sonda məktəb kollektivi deputatlarla xatirə şəkilləri çəkdirib.

 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım