18 il sonra “Feyenord” klubunun çempionluğunda böyük pay sahibi olan holland futbolçu, rəhbərlik tərəfindən xüsusi qiymət alıb.
Modern.az xarici KİV-nə istinadən bildirir ki, “Feyenord” stadionunun yaxınlığında əfsanəvi futbolçu Dörk Kaytın heykəli qoyulacaq.
Bir vaxtlar İngiltərənin “Liverpul” klubunda uğurlu çıxışı ilə azarkeşlərin yaddaşına həkk olunmuş holland topçu, bu mövsüm “Feyenord” klubunda da eyni performansı sərgiləyə bilib. Belə ki kapitan, cari çempionatda 12 qol vurub, 4 assistenlik edib.
Onu da qeyd edək ki, 36 yaşında olan oyunçu 1 il daha futbol oynamaq istədiyini rəsmi olaraq açıqlayıb.
Məcid Əmirov