Modern.az

Sabahın hava proqnozu: şimşək çaxacaq, yağış yağacaq

Sabahın hava proqnozu: şimşək çaxacaq, yağış yağacaq

Aktual

17 May 2017, 12:31

Mayın 18-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim cənub küləyi əsəcək.

 

Ekologiy və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 12-15° isti, gündüz 20-25° isti, Bakıda gecə  13-15° isti, gündüz  22-24° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  762 mm civə sütunu, nisbi rütubət  gecə 70-80 %, gündüz 50-55% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 12-17° isti, gündüz  25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım