IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışında qalib gələn Azərbaycan idmançıları İslamiadanın çempionu olublar.
Modern.az xəbər verir ki, Ruslan Lunyovdan və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gələrək qızıl medala layiq görülüblər.
İranın birinci komandası isə üçüncü yerə çıxıb.
İkinci komandamız - Rəsul Məmmədov və Zərifə Qasımova isə yarışı 7-ci yerdə başa vurub.
Qeyd edək ki, R.Lunyov Azərbaycanın tanınmış idmançısı İradə Aşumovanın oğludur. Anası həm də yığmamızın baş məşqçisidir. Ruslanın atası Vladimir Lunyov isə onun şəxsi məşqçisidir.
Azərbaycanın yarışlar üçün təsis etdiyi mükafatların məbləği nəzərə alındıqda, Ruslan və atasının qazancı 1 milyon 125 min manata çatıb.
Belə ki, ölkə prezientinin sərəncamı ilə yarışda hər qızıl medala görə idmançıya 100 min, məşqçisinə isə 50 min manat verilir...
Milli Olimpiya Komitəsi tərəfindən isə qızıl medal qazanan idmançıya 50 min manat, onun şəxsi məşqçisinə isə 25 min manat mükafat veriləcək.
Mirmahmud KAZIMOĞLU