Fransanın yeni hökumətinin tərkibinə 18 nazir və 4 dövlət katibi daxil edilib.
Yeni hökumətdə Jan-İv Lö Dryan Avropa və xarici işlər naziri, Fransua Bayru ədliyyə naziri, Brüno Lö Mer iqtisadiyyat naziri, Laura Flessel isə idman naziri vəzifələrini tutublar.
Ölkənin ərazi birliyi naziri Rişard Ferrand, daxili işlər naziri Jerard Kolomb, müdafiə naziri isə Silvi Qular təyin edilib.
Nazirlər Kabinetinin ilk iclası mayın 18-də keçiriləcək.
Modern.az