Modern.az

Taekvandoçumuz finala yüksəldi, güləşçimiz bürünc qazandı

Taekvandoçumuz finala yüksəldi, güləşçimiz bürünc qazandı

Aktual

17 May 2017, 18:26

İslam Həmrəyliyi Oyunlarında taekvandoçumuz finala yüksəlib.

 

Modern.az xəbər verir ki,  Rio Olimpiadasının bürünc mükafatçısı Patimat Abakarova (49 kq) yarımfinalda İran təmsilçisi Şalmei Sudabe Poursadiqi ilə qarşılaşıb.

İdmançımız rəqibindən üstün döyüş nümayiş etdirərək final mərhələsinə yüksəlib - 15:4.

 

Azərbaycanın yunan-roma güləşçisi Murad Məmmədov isə 59 kq çəki dərəsində bürünc medal uğrunda xalça üzərinə çıxıb.

3-cü yer uğrunda mübarizədə idmançımızın rəqibi İordaniya təmsilçisi Alqade Mostafa Sultan Rayek olub. Güləşçimiz rəqibini 8:0 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım