Taekvondo üzrə Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında bu gün daha bir qızıl medal qazanıb. Modern.az xəbər verir ki, Radik İsayev də Bakıda keçirilən yarışda çempionluq sevinci yaşayıb. Fəxri kürsünün ən yüksək pilləsinə yüksələn idmançımıza qızıl medalı Prezident İlham Əliyev təqdim edib.
21:23
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında 80 kq-dək çəki dərəcəsində qalib gələn taekvandoçuların mükafatlandırılması mərasimi keçirilib. Modern.az xəbər verir ki, qaliblərə medalları Prezident İlham Əliyev təqdim edib. Bu çəki dərəcəsində təmsilçimiz Milad Beygi Harçeqani çempion olub.
Modern.az