Modern.az

Dünya zənginləri Trampa görə 35 milyard dollar pul itirdi

Dünya zənginləri Trampa görə 35 milyard dollar pul itirdi

18 May 2017, 10:44

Dünya zənginləri Donald Trampa görə 35 milyard dollar pul itirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat verir.

 

Belə ki, dünyanın ən zəngin insanı sayılan Bill Geyts 1 gündə milyard dollar, Amazon-nun yaradıcısı Cef Bezos 1,7 milyard dollar və Zara şirkətinin sahibi Amansio Orteqa isə 325 milyon dollar ziyana düşüb.

 

 

 Ən böyük maliyyə itkisinə uğrayan şəxs isə Facebook-un yaradıcısı Mark Zukerberqdir. O, 2 milyard dollar itirib.

 

Qeyd olunur ki, milyarderlərin durumuna mənfi təsir göstərən amillər Trampın FTB rəhbəri Kominin vəzifəsindən azad etməsi və Rusiya ilə əlaqələrinin araşdırılması ilə bağlıdır.

 

Vüqar İSMAYILOV

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım