Modern.az

Milli Məclisdə ictimai dinləmə BAŞLADI

Milli Məclisdə ictimai dinləmə BAŞLADI

18 May 2017, 11:42

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşəbbüsü ilə parlamentdə “Azərbaycanda sosial xidmət sisteminin, hüquqi, iqtisadi və təşkilati əsaslar” mövzusunda ictimai dinləmələr təşkil edilib.

 

Modern.az-ın xəbərinə görə, komitə sədri Hadi Rəcəbli deyib ki, ictimai dinləmələrdə millət vəkilləri, Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyinin və digər qurumların təmsilçiləri iştirak edirlər.

 

“Milli Məclisin rəhbərliyinə ilk növbədə təşəkkürümü bildirirəm ki, bizim təşəbbüsmüzü dəstəkləyib. Yəni, biz komitə olaraq, yerli Qeyri-Hökumət Təşkilatları (QHT) və beynəlxalq təşkilatlarla birlikdə növbəti ictimai dinləmələr təşkil etmişik. Bu dəfə “Sosial xidmət haqqında” qanunun icrası ilə bağlı ictimai dinləmələr keçiririk. Onu da xatırladım ki, bu sənədin qəbulu çox böyük çətinliklərlə başa gəldi. Çoxlu problemlər vardı, sənəd maliyyə tutumlu idi və sairə. Məhz parlament rəhbərliyinin dəstəyi sayəsində 2011-ci ildə nəhayət, bu qanunun qəbuluna nail ola bildik”.

 

Deputat bildirib ki, bu mövzu ərtafında saatlarla yox, günlərlə danışmaq olar, çünki çox aktual məsələdir.

 

“Yəni, bu qanunun yerlərdə icrası ilə bağlı müəyyən problemlər ortaya çıxır. Odur ki, biz bu dəfə bu məsələni müzakirə etməyi qərara aldıq. Həyat dəyişir, inkişaf edir və buna uyğun olaraq da, insanların arzu və istəkləri dəyişir, onların tələbləri daha da artır. Bunlar da öz növbəsində yeni yanaşmaların ortaya qoyulmasını zəruri edir”.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım