Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışına start verilib.
Kişilər arasında 3 m tramplin yarışında Azərbaycanın iki təmsilçisi - Artyom Danilov və Dmitri Sorokin finala yüksəlib.
Həmçinin finala Müctəba Vəlipur, Sahnam Nəzərpur (hər ikisi İran), Tri Priambodo və Aldiansiah Rafi (hər ikisi İndoneziya) vəsiqə qazanıblar.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Modern.az