Modern.az

İslamiadanın bağlanışında xüsusi qonaqlar olacaq

İslamiadanın bağlanışında xüsusi qonaqlar olacaq

Aktual

18 May 2017, 13:33

Bakı-2017  IV İslam Oyunlarının 7-ci günü davam edir.

 

Mayın 22-i oyunların sonuncu günüdür. Bəs bağlanış mərasiminə xüsusi qonaqlar dəvət olunacaqmı?

 

Modern.az saytı məsələ ilə bağlı “Bakı- 2017” Əməliyyat Komitəsi ilə əlaqə saxlayıb.

Əməliyyat Komitəsindən bildirilib ki, bağlanış mərasimində xüsusi qonaqlar olacaq.

 

“Bakı-2017 İslam Oyunlarının bağlanış mərasiminə xüsusi qonaqlar dəvət olunacaq. Konkret olaraq qonaqların hansı ölkələrdən dəvət olunacağı barədə məlumat yoxdur. Çünki elə ölkələr var ki, oyunçuları yarışları tez bitə bilər. Ona görə də bağlanışa qatılacaq qonaqlar barədə öncədən məlumat verə bilmərik”.

 

O da əlavə edilib ki, açılış mərasiminə dəvət olunan qonaqlar bağlanış mərasimində də olacaq.

 

“Bizim xüsusi qonaqlarımız var ki, onlar açılış mərasimiə qatılmışdı. Güman ki, bağlanış mərasiminə də yenidən dəvət olunacaqlar”

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım