Modern.az

Diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlər iş yerini itirəcəklər

Diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlər iş yerini itirəcəklər

Aktual

18 May 2017, 15:49

2015-ci ildən başlayaraq, müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi həyata keçirilir. Ayrı-ayrılıqda bölgələr üzrə ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqları imtahan edilir.

 

2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. 36 min nəfər müəllim qiymətləndirmədə iştirak edib. Bu proses zamanı bir sıra müəllimlərin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib.


Və həmin müəllimlər diaqnostik qiymətləndirilməyə buraxılmayıblar.

Digər bir məqam  müəllimlərin işə qəbulunun yalnız müsabiqə yolu ilə həyata keçirilməsidir ki, bununla da Təhsil Nazirliyi müsabiqədənkənar işə qəbul halları da aşkarlanıb.

Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna verilən cavabda diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin sayı açıqlanmasa da, belə pedaqoqların az olmadığı qeyd edilib.

“2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri tərəfimizdən yoxlanılıb. Və bir sıra müəllimlərin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib. Həmçinin, müəllimlərin işə qəbulu yalnız müsabiqə yolu ilə həyata keçirilir. Təhsil Nazirliyi müsabiqədənkənar işə qəbul halları ilə mübarizə aparır və belə hallar aşkar olunduqda nazirlik tərəfindən tədbirlər həyata keçirilir”,-nazirlikdən bildirilib.


Modern.az-a verilən məlumata görə, diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərlə bağlı ciddi ölçü götürüləcək Onlar növbəti tədris ilindən məktəblərdə dərs demək şansını itirəcəklər.

 

Bu isə onu deməyə əsas verir ki, bir çox müəllimlər illərlə çalışdığı məktəbdən ayrılmalı olacaq.
 

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım