Modern.az

Rusiya XİN-i ÜAK-ın bağlanmasına reaksiya verdi

Rusiya XİN-i ÜAK-ın bağlanmasına reaksiya verdi

18 May 2017, 17:56

Rusiyada Azərbaycan vətəndaşlarının maraqlarını 260-a yaxın təşkilat təmsil edir.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsini şərh edərkən deyib.

 

O deyib: “Rusiya Azərbaycanla strateji tərəfdaşlığa böyük önəm verir, münasibətlərin möhkəmləndirilməsi kursu hər iki ölkə rəhbərləri tərəfindən qəbul edilib”.

 

O, əmin olduğunu vurğulayıb ki, qurumun ləğv edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyəcək.

 

Vüqar İSMAYILOV

 

 

 

 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım