Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Modern.az xəbər verir ki, 27 yaşlı sprinter finalda 100 metr məsafəni 10,06 saniyəyə qət edərək, qızıl medalın sahibi olub.
Qeyd edək ki, R.Quliyev 2008-ci il Pekin yay olimpiya oyunlarında ölkəmizi təmsil etsə də, sonradan o Azərbaycandan birdəfəlik gedib.
2011- ci ildə türk vətəndaşlığı alan Ramil Quliyevin bu seçimi, Azərbaycan atletika federasiyası tərəfində xoş qarşılanmayıb. İdmançının 2012 London olimpiyadasında Türkiyə adı altında çıxışı, Azərbaycan atletika federasiyasının icazəsindən asılı idi. Bu məsələ Türkiyənin respublikasının baş nazirliyinə qədər gedib-çıxsa da, federasiya qətiyyət göstərdi və idmançı oyunlardan kənarda qaldı.
2016-Rio olimpiyadasında Türkiyə yığmasını təmsil edən sprinter 20.43 saniyə ilə 8-ci yeri tuta bilib.
Məcid Əmirov