Modern.az

Şəkidə yük maşını piyadanın üstündən keçdi

Şəkidə yük maşını piyadanın üstündən keçdi

19 May 2017, 00:41

Şəkidə 47 yaşlı kişinin üstündən yük maşını keçib. Modern.az xəbər verir ki, hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə mayın 18-i günorta saatlarında Şəki şəhərinin Oğuz şosesi adlanan ərazisinin yaxınlığında baş verib.

Rayonun Baş Göynük kənd sakini, 1973-cü il təvəllüdlü Vüqar Məmməd oğlu Abdurəhmanov idarə etdiyi “Shacman” markalı yük maşınını arxaya sürərkən yük maşınının arxasında olan Böyük Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Yunis Nəzər oğlu İsmailovun üstündən keçib.

Hadisədən sonra üç övlad atası olan, 47 yaşlı Yunis İsmailov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım