İranın ali dini lideri ayətullah Əli Xameneyi prezident seçkilərində ilk səs verənlərdən biri olub.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Xameneyi mətbuata qısa açıqlama da verib.
“Seçkilər çox vacibdir və ölkəmizin taleyi xalqımızın əlindədir” – deyə Tehrandakı seçki məntəqələrindən birində səs verən Xameneyi deyib.
Bakı vaxtı ilə 8:30-da açılan seçki məntəqələri 17:30-da bağlancaq. Amma seçici çoxluğunu nəzərə alaraq vaxtın bir qədər uzadılması da gözdən keçirilir.
Seçkilərdə 4 namizəd – hazrki prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, keçmiş vitse-prezident Mustafa Haşemi-Taba və mühafizəkar namizəd Mustafa Ağa-Mirsəlim olacaq.
Vüqar İSMAYILOV