Modern.az

İslam həmrəyliyi çağırışını ölkə başçıları səviyyəsində ilk dəfə Azərbaycan Prezidenti etdi

İslam həmrəyliyi çağırışını ölkə başçıları səviyyəsində ilk dəfə Azərbaycan Prezidenti etdi

19 May 2017, 10:45

Son illər Azərbaycanda bir sıra önəmli beynəlxalq tədbirlər keçirilir.  Bu, Azərbaycanın dünya miqyasında çox böyük hörmətə malik olan ölkə olduğunu sübut edir.

O cümlədən mayın 12-dən etibarən başlayan  IV İslam Həmrəylik Oyunları da bu cür tədbirlərin sırasındadır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov  Modern.az saytına  İslam Oyunlarının ölkə üçün olan əhəmiyyətindən bəhs edib. O bildirib ki, bu oyunlar  Azərbaycanın beynəlxalq aləmdə nüfuzu baxımından çox önəmlidir:

“İlk növbədə  İslam Həmrəyili ili çərçivəsində IV İslam Həmrəylik Oyunlarının keçirilməsi  təkcə Azərbaycan üçün yox, bütün  İslam dünyası üçün önəmli və tarixi hadisədir. Eyni zamanda  bu, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, islam dininin dünyada özünəlayiq  formada  təqdim edilməsi baxımından gözəl fürsətdir.

2016-cı il Azərbaycanda “Multikultiralizm ili” idi. 2017-ci il isə “İslam Həmrəyliyi ili” elan edildi. Mənə elə gəlir ki, cənab prezident İlham Əliyevin İslam Həmrəyliyi  ili ilə bağlı  sərəncamına multikultiralizm ilinin məntiqi nəticəsi kimi  yanaşmaq lazımdır”.

Sədr müavininin fikrincə, bu gün  İslam dünyası ölkələrinin həmrəyliyinə ehtiyac var:

“İslam, o cümlədən Azərbaycanla bağlı həqiqətlərin  çatdırılmasında  bu il çərçivəsində həyata keçirilən tədbirlərin  böyük rolu olacaq. Biz artıq bunu hiss edirik. Çünki ilin əvvəlindən başlayaraq “İslam Həmrəyliyi  ili”  çərçivəsində müxtəlif  beynəlxalq konfranslar,  tədbirlər  təşkil edilib. Həmin tədbirlərdən istifadə edərək biz Azərbaycan reallıqlarını, xüsusilə,  Qarabağla bağlı reallıqları  beynəlxalq aləmə,mütəxəssislərə, diplomatara, eyni zamanda müxtəlif yaradıcı qurumları təşkil edən şəxslərə çatdıra  bilmişik.

Həmçinin, bu gün İslam dünyasında həmrəyliyə böyük ehtiyac var. Bu həmrəyliyin gerçəkləşməsi üçün Azərbaycanın dövlət başçısı çağırış edib. Qeyd edim ki, ölkə başçıları səviyyəsində müsəlman dünyasına birlik çağırışı ilk dəfədir. Bundan əvvəl də  İslam birliyi ilə bağlı müəyyən çağırışlar olub.  Amma  bu çağırışları edənlər hansısa din xadimi, ictimai-siyasi  xadim idi. Düşünürəm ki, islam birliyinə nail olmaq,  bu istiqamətdə uğur əldə etmək üçün  IV İslam Həmrəylik Oyunları kifayət qədər əhəmiyyət kəsb edir”.


Günay RƏSULQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım