Modern.az

Sarı zolağa girən 1000-dən çox sürücü cərimələnib

Sarı zolağa girən 1000-dən çox sürücü cərimələnib

20 May 2017, 10:25

“Mayın 5-dən bu günə qədər IV İslam Həmrəyliyi ilə əlaqədar paytaxt yollarında qadağan olunmuş xüsusi zolağa daxil olan 1000-dən çox sürücü cərimələnib”.

Modern.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Şöbə rəisi bildirib ki, paytaxt yollarında bəzi hallarda yol polislərinin icazəsi ilə sürücülərin həmin zolaqlara çıxmasına icazə verilir.

 "Ərazidə tıxac və sıxlıqlar yaranmasın deyə bəzi hallarda yol polisləri sürücüləri həmin zolaqlara yönəldir və bu halda onlara protokol tərtib olunmur. Digər hallarda icazəsiz zolağa daxil olan avtomobillərin sürücüləri cərimələnir".

K.Əliyev qeyd edib ki, paytaxt sürücülərinə bununla bağlı müraciət edəndən sonra onlar qaydalara riayət edirlər.

 

Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım